"Kiyev Krım muxtariyyət vilayətinin ərazisinə qoşun göndərmək fikrində deyil." Yenizaman.az "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Ukraynada müvəqqəti prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinov söyləyib. O, əlavə edib ki, ölkəsi rəsmi Moskva tərəfinfən hazırlanan ssenaridə oynamayacaq.
Aleksandr Turçinov daha sonra deyib ki, Ukrayna ordusu Krımda müharibə aparmağa qərar versə, onda ölkənin Rusiya ilə sərhəddə yerləşən şərq hissəsi müdafiəsiz qalacaq: "Rusiya Ukraynanın şərqinə tanklarını cəmləşdirib və bilərəkdən bizi Krıma daxil olmağa təhrik edir. Fikrimcə, ABŞ və Avropa Birliyi Rusiyanı məcbur etməlidir ki, təcavüzü və təxribat dayandırsın."
.
