Macarıstandan “Drujba” neft kəmərini yoxlamaq üçün gələn qrup Ukraynaya buraxılıb.

Pravda” xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georqi Tixiy jurnalistlərə açıqlamasında bildirib.

Tixiy vurğulayıb ki, bu qrupu “nümayəndə heyəti” adlandırmaq düzgün deyil, çünki onların rəsmi statusu və planlaşdırılmış görüşləri yoxdur:

“Bu gün səhər Macarıstan vətəndaşlarından ibarət qrup Ukrayna ərazisinə daxil olub, lakin onlar rəsmi statusa malik deyil və heç bir rəsmi görüş planlaşdırılmayıb”.

Qeyd edək ki, Macarıstanın Energetika Nazirliyinin dövlət katibi Qabor Çepikin rəhbərlik etdiyi nümayəndə heyətinin Ukraynaya “Drujba” neft kəmərini yoxlamaq üçün səfər edəcəyi bildirilirdi.

.