
Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan regional kommunikasiyaların blokdan çıxarılması funksiyalarının beynəlxalq təşkilatlara verilməsi variantına münasibət bildirib.
Nazir müavini “Azadlıq Radiosu”nun erməni xidmətinə bildirib ki, bu variant Ermənistanın bəyan etdiyi prinsiplərə tam uyğun gələrsə, həyata keçirilə bilər.
Nazir müavini yola nəzarəti başqa təşkilatın həyata keçirə bilməsi məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, burada “nəzarət” sözü yanlış ifadədir.
“Bir daha təkrar edirəm: Bu proses Ermənistanın suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir. Əgər bu prinsiplərə uyğundursa, bəli, həyata keçirilə bilər. Bu müzakirə mövzusudur, qarşılıqlılıq təmin edilməlidir”, - deyə Mnatsakan Safaryan “Azadlıq Radiosu”nun erməni xidmətinə bu variantın Ermənistan üçün məqbul olub-olmadığını və tərəflər qarşılıqlılıq prinsipi əsasında buna razı olarsa, üçüncü tərəf şirkətin bu yola nəzarət edə biləcəyinə dair sualına cavabında qeyd edib.
Qeyd edək ki, Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyinə dair məlumatlar yayılıb.
.