
Gündəlikdə Ermənistanın Pakistan tərəfindən BMT-yə üzv ölkə kimi tanınması məsələsi yoxdur.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan “Armenpress”in Rusiyanın TASS agentliyinin Pakistanın Ermənistanı BMT-yə üzv ölkə kimi tanımaq niyyətinə dair yayımladığı məlumata münasibət bildirərkən deyib.
“Məlumatsız mənbələrə bildiririk ki, Ermənistan və Pakistan arasında artıq BMT Nizamnaməsinin əsas prinsiplərinə uyğun diplomatik münasibətlər qurulub. Buna görə "BMT-də tanınma" məsələsi təbii ki, gündəmdə deyil. Biz artıq öz tərəfimizdən bildirmişik ki, iki ölkə ikitərəfli əməkdaşlığı inkişaf etdirərək, istər ŞƏT, istər Aİİ, istərsə də qarşılıqlı maraq doğuran digər qurum olsun, çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyətə dair məsələləri də müzakirə edəcəklər", - Ermənistan XİN-in mətbuat katibi qeyd edib.
.