"Borussia”nın yarımmüdafiəçisi İlkay Gündoğan klubla müqaviləsini uzatmaq fikrindən daşınıb. Bu barədə məlumatı klubun rəsmi tvitter səhifəsi yayımlayıb.

"Borussia”nın İlkay Gündoğanla əməkdaşlığı 30 iyun 2016-cı ildə başa çatacaq” – deyə rəsmi hesab məlumat paylaşıb.

Bu mövsümdə 24 yaşlı xavbek 32 görüş keçirib, 3 qol vurub və 4 uğurlu ötürmə edib.

.