BMT Baş məclisinin prosedur qaydalarına uyğun olaraq, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən yazılı şəkildə Ermənistan prezidenti Serj Sərkisyanın BMT Baş məclisinin 69-cu sessiyasında beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş yalan dolu çıxışına cavab olaraq, Azərbaycan Respublikasının şərhləri təqdim ediləcək və bu sənəd BMT Baş Məclisinin 69-cu sessiyasının rəsmi sənədi kimi yayılacaq.
Bu barədə "Trend"-ə XİN-in Mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev məlumat verib.
Onun sözlərinə görə, BMT Baş Məclisinin 69-cu sessiyasında Azərbaycan Respublikasını təmsil edən xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən sessiyanın ümumi müzakirələr hissəsində ediləcək çıxışında Azərbaycanın mövqeyi BMT tribunasından dünya ictimaiyyətinin nəzərinə çatdırılacaq.
.