İran Azərbaycanın yaxın qonşu ölkəsidir və bir çox sahələrdə mühüm tərəfdaşıdır. Eyni zamanda, Azərbaycanla ABŞ arasında mövcud olan çoxşaxəli münasibətlər bizim üçün əhəmiyyət kəsb edir.
Bu barədə ABŞ-ın İrana qarşı ötən gün qüvvəyə minən sanksiyalarının Azərbaycan iqtisadiyyatına təsiri ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi açıqlama verib.
Açıqlamada deyilir: "Bu xüsusda, ABŞ tərəfindən İrana qarşı tətbiq edilən sanksiyalar və onların mümkün təsir və nəticələri ekspertlərimiz tərəfindən ətraflı şəkildə araşdırılır".
.
