“Dərs ilinə 20 gündən az qalmasına baxmayaraq koronavirusun yeni dalğasının ortasındayıq”.

Bunu deputat Rəşad Mahmudov təhsil işçilərinin vaksinasiyasına həsr olunan onlayn vebinarda deyib. O bildirib ki, günlük yoluxma sayı həddindən çox artıb: “Yoluxma sayının artdığını dünyada görürük. Virus yenilənməyə meyllidir. Peyvəndləmə yoluxmanın qarşısını tam ala bilməsə də, xəstəliyin ağırlıq dərəcəsinə təsir edir. Distant təhsilin problemlərini hamımız görürük. Amma unutmayaq ki, pandemiya məsələsi ciddi tibbi problemdir. Ölümə səbəb olan xəstəliklə üz-üzəyik”.

Onun sözlərinə görə, tibbi zərərlə birlikdə, iqtisadi zərərlər göz qabağındadır: “Bu zərbə son 50 ildə dövlətlərə dəyən ən böyük zərbələrdən biridir. Yeni dalğa nəticəsində xəstəxanaya düşənlərin peyvəndlənmiş insanlarla müqayisədə fərqi ortadadır. Cəmiyyətin hər bir üzvü bilməlidir ki, xəstəliklə mübarizədə ən rahat yol peyvəndlənmədir”.

.