
Müğənni Rəqsanə İsmayılova telefonundan oğurlanan özəl şəkillərindən danışıb. Yenizaman.az-ın məlumatına görə, "Onlar” verilişinə açıqlamasında müğənni şəkilləri ilə bağlı polisə müraciət etdiyini bildirib:
"Telefonumdan şəkillərimi oğurlayıblar və artıq satışa çıxardıblar. Bu haqda dövlət qurumlarına müraciətimiz var. Mənim fotolarım harda yayımlansa, həmin adam qanun qarşısında cavab verəcək. O fotolar iki il əvvəl çəkilib. Şəkillərimi oğurlayan adama demək istəyirəm ki, ağıllı olsun. Bunun izinə düşmüşəm, ağılsız qadın deyiləm. Orada çəkinəcəyim şəkil yoxdur. Jurnalistlərə zəng edib deyirlər ki, 3-5 min verin şəkilləri sizə sataq. Həmin adamı tapacam”.