
Avqustun 12-13-də Vergilər Nazirliyi vahid "Relt” çətiri altında bir neçə şirkəti birləşdirib. Kommersiya hüquqi şəxslərin dövlət reyestri haqqında son məlumat sentyabrın 3-də yenilənib.
Turan-ın analizi göstərir ki, "Relt” qrupunun beş şirkəti ("Relt Capital”, "Relt House” , "Relt Mart”, "Relt Property” i "Relt Pact”) «klonlaşma» prinsipi ilə yaradılıb. Buna qədər "Dekot Group”, "Blossom Group”, "Platek Group” və "Asset Group” şirkətlər qrupu bu prinsiplə yaradılıb. Bu klon-şirkətlərin nə ilə məşğul olduğu bəlli deyil.
Yerli qanunvericilik dövlət qeydiyyat orqanına adları və onların kommersiya şirkətlərinəəki paylarını açıqlamağı qadağan edir. "Relt” qrupunun bütün beş şirkətinin direktoru Ülviya Mirəhədlidir, onun barəsində Turan heç bir məlumat əldə edə bilməyib. Bu şirkətlərin nizamnamə kapitalı 10 min manat təşkil edir.
Maraqlıdır ki, bütün adı çəkilən şirkətləri eyni ünvan birləşdirir: Bakı, Suleyman Rüstəm küç, 9. Bu binada "AtaHolding” ASC-nin bəzi törəmə şirkətləri yerləşir.
.