İranın regionda mövcudluğu sabitlik üçündür.
Bunu İran Prezidenti İbrahim Rəisi keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Çinlə İran arasında əlaqələr tamamilə müstəqildir və Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük sayəsində əlaqələr daha da inkişaf edəcək.
"Hər iki ölkə münasibətlərini inkişaf etdirmək əzmindədir".
İbrahim Rəisi sanksiyalar fonunda ölkənin daxili inkişafına diqqət yetirilməli olduğunu deyib.
"Xaricilərin əlinə baxmaq ölkəni geriyə atır. Neçə ki, ölkə illərdir bu şəraiti yaşayır. Daxili imkanlardan və bacarıqlı şəxslərdən istifadə etmək lazımdır. Dövlət qurumların gənc və səmərəli qüvvələrin cəlb edilməsi hökumətin gördüyü işlərdəndir."
Rəisi Rəcəb Tayyib Ərdoğanla görüşdə Araz çayı üzərində qurulan su sədləri ilə bağlı problemlərin həllinin də asanlaşdıracaq razılığa gəldiklərini bildirib. İran Prezidenti Araz çayında İranın su problemi ilə bağlı sualın cavabında deyib: "Türkiyə bizim qonşumuzdur və bir çox regional əməkdaşlıqlarda, bəzi kommunikasiyalarda Türkiyə ilə ikitərəfli əməkdaşlığımız var. Su məsələsi bizim izləməli olduğumuz bir məsələ idi."
Rəisi Prezident Rəcəb Təyyib Ərdoğanın İrana səfəri zamanı bu məsələnin müzakirə olunduğunu deyib.
“Prezident Ərdoğana dedik ki, Araz çayının səviyyəsi ilə bağlı narahatıq və bu məsələ ilə bağlı bir qrup ekspert tərəfindən məsələ araşdırmalıdır. Türkiyə tərəfi razılaşdı ki, su qıtlığı probleminin həlli üçün İslam Respublikası və Türkiyənin birgə fəaliyyətlə bu işi tezliklə həll etməlidir."
Rəisi: “Şimal-Cənub dəhlizi ilə bağlı işlər ciddi şəkildə davam edir”
“Şimal-Cənub dəhlizi ilə bağlı işlər ciddi şəkildə davam edir”
Bunu İran prezidenti İbrahim Rəisi keçirdiyi mətbuat konfransında deyib.
O, İranın region ölkələri ilə qarşılıqlı əlaqələri barədə bildirib ki, hazırda region ölkələri ilə qarşılıqlı fəaliyyətimizin səviyyəsi 5 dəfəyə qədər artıb.
İ.Rəisi Rusiya ilə strateji əməkdaşlığa da toxunaraq deyib:
"Moskvada və ya prezident Putinin Tehrandakı görüşlərində əməkdaşlığın davam etdirilməsi və maneələrin aradan qaldırılması zərurəti vurğulanıb.
"Şimal-Cənub dəhlizinə gəlincə, nəticə əldə etmək üçün işlər ciddi şəkildə aparılır. Energetika, neft və qaz sahəsinə investisiyalar qoyulur. Onların bir qismi həyata keçirilib. Bu əməkdaşlıq davam edir və bu əməkdaşlığın hərtərəfli planı var ki, konkret nəticə əldə etmək üçün iki ölkənin xarici işlər nazirlikləri arasında ilkin sənəd mübadiləsi aparılıb."
İran Prezidenti sonda Qərblə nüvə məsələsində razılaşmanın prinsipləri haqqında danışıb.
O bildirib ki, nüvə müzakirələrində etibarlılığa zəmanət, sanksiyaların ləğvi üçün obyektiv və praktiki sınaq, sanksiyaların davamlı şəkildə ləğvi və Beynəlxalq Atom Enerji Təşkilatının İranın nüvə proqramına qarşı siyasi iddiaları aradan qaldırılması İranın nüvə məsələsində razılaşma prinsipləridir.
.
