Publika.az-ın "İhlas” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, terrorçunun həyat yoldaşı və 2 övladı saxlanılıb. Həyat yoldaşı ilkin ifadəsində hücum barədə televiziya kanallarından öyrəndiyini və onun İŞİD-lə əlaqəsindən xəbərsiz olduğunu deyib.
Xəbərlər yayılandan sonra isə bir nəfər polisin qaynar xəttinə zəng edib, terrorçunun ailəsinin yaşadığı ünvan barədə məlumat verib.
Agentliyin məlumatına görə, terrorçu noyabrın 20-də həyat yoldaşı və uşaqları ilə Qırğızıstandan İstanbula gəlib.
Oradan ailəsi ilə birlikdə əvvəl Ankaraya, sonra isə Konyaya gedib. Konyada studiyalı ev kirayələyib, 3 aylıq ödənişi isə əvvəldən edib.
Yenizaman.az
