İqlim dəyişikliyi ilə mübarizədə investorlar və kapital təminatçıları öz resurslarını bir platformada birləşdirə bilərlər və bu platforma daha sonra layihələrə sərmayə qoya bilər.
Bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ( AZPROMO) ilə birlikdə təşkil olunmuş “COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması”nda iqlim fəaliyyəti üzrə səfir Ravi Menon deyib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə mübarizədə güzəştlər dərinləşdirilməlidir:
"Biz "yaşıl" keçidi həyata keçirməliyik. COP29 maliyyəyə fokuslanıb. Əsas məsələ inkişaf etmiş ölkələr tərəfindən söz verilən vəsaitlərin necə idarə edilməsidir. Maliyyələşdiriləcək layihələrin iqlim dəyişikliyi ilə mübarizədə effektivliyi mövzusuna fokuslanmalıyıq".
.