“Qanun hamı üçün eyni olmalıdır”. Bunu APA-ya açıqlamasında Xalq artisti Rasim Balayev deyib.

Xalq artisti bildirib ki, 5-10 nəfərlə məclis edənlər cərimələndiyi kimi, məmurlar, tanınmışlar da bunu edəndə cəzalandırılmalıdır: "Hər kəs qanuna əməl etməlidir. Dövlət adamları, rəsmi şəxslər cəmiyyətə nümunə olmalıdır. Amma bunu etmirlər. Onlar cəmiyyəti, qanunları saymırlar, yoxsa nədir bunun adı? Ona görə də baş verənlərə çox pis baxıram. Karantin qaydaları ya hamıya aid edilməlidir, ya da hər kəsə imkan verilməlidir ki, toyunu, yasını etsin. Ölkədə bu gün minlərlə adam övladının toyunu təxirə salıb. Toysuz gəlin gətirən minlərlə valideyn var. Bunlar adam deyil? Qanun hamı üçündür. Əgər vəzifəli şəxslər buna əməl etmirsə, sadə xalqdan da qanuna əməl etməyi tələb etmək olmaz. O şəxslər cəzalandırılmalıdır və cəzalandırılır”.

.