Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) kadr dəyişikliyi olub.
"Report” xəbər verir ki, Nizami Rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Fail Quliyev vəzifəsindən azad edilib.
F.Quliyev Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) daha yüksək vəzifəyə təyinat alıb.
Qeyd edək ki, F.Quliyev daxili işlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyevin qardaşıdır.
.
