Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib.

Prosesə sədrlik edən hakim Əfqan Hacıyev bildirib ki, məhkəməyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyindən arayışlar daxil olub. Arayışda göstərilib ki, Anar Mustafayev ona verilmiş ittiham üzrə mənimsənildiyi bildirilən 567 min manatı, Beytulla Hüseynov 10 milyon 200 min manatı nazirliyə ödəyib. Arayışlarda nazirliyin həmin şəxslərə qarşı mülki iddiası olmadığı qeyd edilib.
Daha sonra hakim təqsirləndiriləm şəxslərin vəkillərinə müdafiə çıxışı üçün söz verib.
Beytulla Hüseynov, Vidadi Zeynalov, Anar Mustafayev və Namazalı Məmmədov və Qəmbər Bəybaleyevin vəkilləri çıxışa hazır olmadıqlarını deyiblər.
Proses iyunun 16-da davam edəcək.(apa)
.