Qvatemalanın Xarici İşlər Nazirliyi Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə qarşı hücumu pisləyib.
Bu barədə nazirliyin Tvitter hesabında məlumat verilib.
Bildirilib ki, Qvatemala avqustun 4-də Azərbaycanın Londondakı səfirliyində dini ekstremist qruplar tərəfindən həyata keçirilən vandalizm aktlarını pisləyir. Nazirlik təqsirkarların məsuliyyətə cəlb olunmasını istəyir.
.
