“Qalatasaray” yeni baş məşqçisini böyük ölçüdə müəyyənləşdirib.
Bu gün istefaya göndərilən Fatih Terimi əcnəbi mütəxəssis əvəzləyəcək.
İstanbul klubunun bu posta əsas namizədi olan ispaniyalı Domenek Torrenlə ilkin razılıq əldə olunub. “Barselona”, “Bavariya” və “Mançester Siti”də Pep Qvardiolanın köməkçiliyini etmiş 60 yaşlı mütəxəssisin İstanbul gəlməsi üçün artıq təyyarə bileti də alınıb.
Onun alternativləri isə Bülənt Qorxmaz, Okan Buruk və Roje Şmidtdir.
.