İngiltərənin "Mançester Siti" komandasının baş məşqçisi Xosep Qvardiola "şəhərlilər"lə müqaviləsinin müddətini uzatmaq istəyir.

Bu barədə ispaniyalı mütəxəssis "The Mirror" nəşri açıqlama verib.

O, komandanı tərk etmək fikrində olmadığını bildirib: "Bu barədə çox danışmışam. Klub rəhbərliyi istəsə, qalmağa hazıram".

Qeyd edək ki, Xosep Qvardiola 2016-cı ildən "Mançester Siti"yə rəhbərlik edir.

.