“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Braziliya millisini çalışdırmaqdan imtina edib.
Məlumata görə, Braziliya Futbol Federasiyası mütəxəssisin qardaşı və agenti Pere Qvardiolaya müraciət edib. Məşqçi təkliflə maraqlanmadığını bildirərək, İngiltərə çempionatında işinə davam etmək istədiyini qeyd edib.
Xatırladaq ki, Braziliya seçməsi Xorvatiya ilə oyunda uğursuzluğa düçar olduqdan sonra DÇ-2022-ni tərk edib. Penaltilər seriyasında Zlatko Daliçin yetirmələri daha dəqiq olub. Bu nəticədən sonra Braziliyanın baş məşqçisi Tite vəzifəsindən istefa verib.
.