Rusiya ilə Ukrayna arasında danışıqlar yaxın vaxtlarda baş tutmayacaq.

Bunu BMT-nin baş katibi Antonio Quterreş mətbuat konfransında deyib. Onun sözlərinə görə, BMT əsirlərin mübadiləsinin sürətləndirilməsində maraqlıdır.

Quterreş Rusiyanın Ukraynaya qarşı müharibəsinin 2023-cü ildə bitəcəyinə ümid edir.

“Qısa müddətdə sülh danışıqları üçün imkanlar görmədiyimi deyəndə, 2023-cü ili nəzərdə tutmadım. Mən həqiqətən ümid edirəm ki, 2023-cü ildə biz Ukraynada sülhə nail ola biləcəyik”, - deyə BMT-nin baş katibi yekunlaşdırıb.

.