Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Qəzzada baş verən dağıntıların anlaşılmaz və qəbuledilməz olduğunu bildirib.

Yenizaman xəbər verir ki, Quterreş “X” sosial media hesabında Qəzza ilə bağlı mesaj paylaşaraq “Heç bir yer təhlükəsiz deyil. Qəzzada hər yer potensial ölüm zonasıdır”, - deyib.

Bundan sonra Quterreş artıq tərəflərin nəhayət razılığa gəlmək üçün siyasi cəsarət və siyasi iradə nümayiş etdirməsinin vaxtının çatdığını yazıb.

.