BMT-nin Baş katibi Antonio Quterreş bütün dünya ölkələrini terrorizmlə mübarizəyə səsləyib.
ANI agentliyi xəbər verir ki, Quterreş bunu Hindistana səfəri çərçivəsində bu gün Mumbayda çıxışı zamanı deyib.
“Terrorizm tamamilə qəddarlıqdır və heç bir səbəb terrorizmə haqq qazandıra bilməz. Müasir dünyada terrorizmə yer yoxdur”, - deyə Quterreş əlavə edib.
Xatırladaq ki, 2008-ci ilin 26 noyabrında Hindistanın Mumbay şəhərində törədilmiş terror aktı zamanı 166 nəfər həlak olmuşdu. Onların arasında xarici ölkə vətəndaşları da var idi.
.
