Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antoniu Quterreş BRİCS ölkələrinin dövlət başçılarının sammitində iştirak etmək üçün Tatarıstan Respublikasının paytaxtı Kazana gedib.
Yenizaman TASS-a istinadən xəbər verir ki, bu barədə Tatarıstanın Dövlət Şurasının mətbuat xidməti məlumat yayıb.
“BMT-nin baş katibi Antoniu Quterreş BRİCS dövlət başçılarının sammitində iştirak etmək üçün Kazana gəlib. (Q.M.) adına Kazan Beynəlxalq Hava Limanında A.Quterreşi Tatarıstan Respublikası Dövlət Şurasının sədri Fərid Muxametşin qarşılayıb”, - meəlumatda deyilir.
.