
İngiltərənin "Tottenhem" klubu son 20 ildə ən pis göstəricisinə imza atıb.
Yenizaman-ın "Squawka"ya istinadən məlumatına görə, bu, ötən gün Premyer Liqanın XXXII turunda səfərdə "Vulverhempton"a məğlubiyyətdən (2:4) sonra reallaşıb.
Angelos Postekoqlunun komandası çempionatda 17-ci məğlubiyyətini alıb. Hotspur təmsilçisi sonuncu dəfə 2003/2004 mövsümündə oxşar halla üzləşmişdi. Komanda 19 məğlubiyyətə üzülmüşdü.
“Tottenhem” həmçinin aşkar autsayderlər - “Lester” və “Sauthempton”dan sonra Premyer Liqanın cari mövsümündə 10 və ya daha çox səfər oyununda məğlub olan üçüncü komandadır.
Qeyd edək ki, "Tottenhem" 32 turdan sonra 37 xalla 15-ci pillədə qərarlaşıb.
.