"Şimal axını-2" qaz boru kəmərinin tikintisi tam başa çatdırılıb.

Rusiya mətbuatı verdiyi məlumata görə, bu barədə "Qazprom" şirkətinin açıqlamasında deyilir.

Qeyd olunur ki, kəmərin tikintisi bu gün (10 sentyabr) səhər başa çatıb.

Xatırladaq ki, "Şimal axını-2" layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur. Bu yaxınlarda "Qazprom" bildirib ki, kəmərin birinci xətti demək olar istismara hazırdır – buraxılış-sazlama işləri başa çatmaq üzrədir, ikinci xəttin tikintisi isə son mərhələdədir.

.