
"Sevilya" baş məşqçisi Qarsia Pimientanı istefaya göndərib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
La Liqanın XXXI turunda "Valensiya" 0:1 hesabı ilə uduzduqdan sonra və bu ardıcıl 4-cü məğlubiyyət olduğuna görə baş məşqçi ilə yolların ayrılması qərara alınıb. 50 yaşlı mütəxəssis ötən yaydan komandanı çalışdırırdı. O, Əndəlus klubunun "sükanı arxasında" 34 oyun keçirib və bunların 11-də qələbə qazanıb,
Qeyd edək ki, "Sevilya" 31 turdan sonra 36 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. X.Pimienta “Sevilya”ya qədər İspaniyada “Las Palmas”ı və “Barselona”nın əvəzedicilərini çalışdırıb.
.