![](/uploads/img/posts/2024/03/29/6606a745dbf896606a745dbf8a17117120696606a745dbf876606a745dbf88jpg-1711712295.jpg)
Kriminal avtoritet və "qanuni oğru" Zaxari Kalaşov (Şakro Molodoy) həbsdən azad edilib.
Bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib. O, şərti azadlığa buraxılıb.
Qeyd edək ki, Zaxari Kalaşov Moskva İstintaq Komitəsinin keçmiş rəhbərlərindən hədə-qorxu ilə pul tələb etməkdə və rüşvət almaqda təqsirli bilinərək 2018-ci ildə 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
.