Misli Premyer Liqasının VII turunda, "Karvan-Yevlax"la oyunda zədələnən "Sabah"ın futbolçusu Coy-Lens Mikelsin son durumu açıqlanıb.

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

O, alman hücumçunun hazırda özünü yaxşı hiss etdiyini bildirib:

"Mikels hazırda özünü yaxşı hiss edir. Dəqiq diaqnoz bu gün MRT müayinəsindən sonra qoyulacaq. Gün ərzində bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".

Qeyd edək ki, hücumçu matçın sonlarında rəqib qapıçı Kamran İbrahimovla toqquşduqdan sonra xəstəxanaya aparılıb. Qarşılaşma "Sabah"ın qələbəsi ilə yekunlaşıb - 2:0.

.