İspaniyanın "Real Madrid" klubu futbolçusu Antonio Blankonu icarəyə verib.

Madrid təmsilçisinin rəsmi saytı xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi cari mövsüm "Kadis"də çıxış edəcək.

İspaniyalı oyunçunun icarə müddəti 2023-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, Antonio Blanko "Real Madrid"in yetirməsidir.

.