Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, İdarənin "Qırmızı Körpü" gömrük postunda Türkiyə Respublikasından Türkmənistan Respublikasına yük aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib:

"Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində gömrük nəzarətindən gizlədilmiş qutularda müxtəlif adda ümumilikdə 46 624 ədəd dərman vasitəsi və həmin dərman vasitələrinə aid boş qutular aşkar edilib".

.