Cəbəllütariqin "Linkoln" komandası "Qarabağ"la UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu öncəsi futbolçusu Freddi Dreyperi icarəyə verib.
Yenizaman-ın yerli mətbuata istinadən məlumatına görə, 19 yaşlı hücumçu növbəti mövsümü İngiltərənin "Uolsoll" komandasında keçirəcək. Artıq gənc forvardla müqavilə imzalanıb.
Qeyd edək ki, "Qarabağ" "Linkoln"a qarşı ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək.
.