UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçiriləcək "Qarabağ" - "Kopenhagen" (Danimarka) oyununun biletləri satışa çıxarılıb.

Standart biletlərin qiymətləri 5, 10, 30, 40, 50, 75 manat, VIP sektorlar üçün 150, 200, 250, VVIP sektorlar üçün 500 manatdır.

Biletləri yalnız iTicket.az-ın mobil tətbiqi üzərindən əldə etmək mümkündür.

Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı "Qarabağ"ın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də start götürəcək.

.