“Qarabağ” daha bir futbolçusu ilə müqaviləni uzadıb.

Ağdam klubu Marko Veşoviçlə yeni anlaşma imzalayıb.

32 yaşlı monteneqrolu müdafiəçi ilə imzalanmış yeni müqavilənin müddəti 2025-ci il iyunun 30-dək nəzərdə tutulub. O, 2021-ci ilin yayından “Qarabağ”da çıxış edir.

Qeyd edək ki, Marko Veşoviç cari mövsüm Premyer Liqada 6 oyun keçirib.
 

.