Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.
 
Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində bu gün son iki matç baş tutub.
 
Əvvəlcə ölkənin iki ən titullu klubu “Neftçi” və “Qarabağ” üz-üzə gəlib. Bol qollu keçən Azərbaycan derbisində qeydə alınan 6 qolun hamısını bir komanda vurub. Filip Ozobiçin het-trik, Musa Qurbanlının isə “siftə” etdiyi görüşdə “Qarabağ” darmadağınla qalib gəlib. Bununla “Sumqayıt”la xal fərqini aradan qaldıran Qurban Qurbanovun yetirmələri liderliyə yüksəliblər.
 
Tura “Sabah” – “Zirə” matçı ilə yekun vurulub. Meydan sahiblərində koronavirusa yoluxan futbolçular olduğu üçün bu günə təxirə salınan qarşılaşma “Bank Respublika Arena”da keçirilib. Səfər qələbəsinə sevinən “Zirə” eyni sayda xal topladığı “Qarabağ” və “Sumqayıt”la birlikdə turnir cədvəlində üçhakimiyyətlilik yaradıb. “Sabah” isə ardıcıl 6-cı məğlubiyyətini alıb. Hətta onlar Rəşad Sadıqovun komandasının son dəqiqələri azlıqda keçirməsindən də yararlana bilməyiblər. Çərçivəyə keçən Ruslan Qurbanov Mateus Albinonun yoxluğunu hiss etdirməyib. 
 
Qeyd edək ki, turun ilk günündə “Keşlə” “Qəbələ”ni 3:1, “Səbail” “Sumqayıt”ı 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Azərbaycan Premyer Liqası
IX tur
8 noyabr

 “Neftçi” – “Qarabağ” - 0:6
Qollar: 
Filip Ozobiç, 20, 29 (pen.), 52, Mahir Emreli, 39, Abdullah Zubir, 50, Musa Qurbanlı, 75
 

“Sabah” – “Zirə” - 0:1
Qol: 
Ağabala Ramazanov, 58
Qırmızı vərəqə: Mateus Albino, 90+1
 

1

Qarabağ

8

4

3

1

20-5

15

2

Sumqayıt

9

4

3

2

12-9

15

3

Zirə

9

4

3

2

9-8

15

4

Neftçi

9

4

2

3

7-12

14

5

Keşlə

9

3

3

3

10-12

12

6

Səbail

8

2

3

3

9-10

9

7

Qəbələ

9

1

5

3

7-14

8

8

Sabah

9

2

0

7

8-12

6

Bombardir: Əli Qurbani ("Sumqayıt"), Filip Ozobiç ("Qarabağ") - 6 qol.

.