Avropa İttifaqı Rusiyaya kömək etdiyi üçün Çin şirkətlərinə sanksiya tətbiq etməyi təklif edir.

"Politico" xəbər verir ki, Brüssel Ukraynadakı müharibıənin ikinci ilinin tamam olması ərəfəsində ilk dəfə olaraq materik Çindəki şirkətlərə sanksiya tətbiq etməyi təklif edir.

Bir neçə diplomat "Politico"ya bildirib ki, Avropa İttifaqı Çinlə yanaş, Türkiyə, Hindistan və Serbiya da daxil olmaqla digər ölkələrdəki şirkətlərə də Rusiyaya sanksiyalardan yayınmağa və ikili təyinatlı mallar almağa kömək etdiyinə görə sanksiyalar tətbiq etməyi planlaşdırır.
"Politico" təklifin layihəsinə əsasən yazır ki, Brüssel indi Kremlə Avropadan ikili istifadə məhsulları almağa kömək etməkdə şübhəli bildiyi dörd Çin şirkətinə sanksiya tətbiq etməyə hazırlaşır.

Siyahıda həmçinin Qazaxıstandan 1 şirkət, Taylanddan 1, Türkiyədən 1 şirkət, Şri-Lankadan 1, Hindistandan 1 və Serbiyada 1 şirkət, habelə Rusiyadan daha 11 müəssisəyə, ümumilikdə 21 hüquqi şəxsə sanksiya tətbiq etməyi planlaşdırır.

.