Türkiyə ordusu "Pençe-Kılıç" əməliyyatında 184 terrorçunu zərərsizləşdirib.

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan milli müdafiə naziri Hulusi Akarla telefonla danışıb.

Nazir Suriyanın şimalı və İraqda “Pençe-Kılıc” əməliyyatının gedişatı barədə dövlət başçısına məruzə edib.

Rəcəb Tayyip Ərdoğan hərbçilərə uğur arzulayıb, müvafiq tövsiyə və tapşırıqlarını verib.

.