"OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri razılaşmada iştirak edən, lakin öhdəliklərini tam yerinə yetirməyən iştirakçılar üçün (öhdəliklər üzrə – red.) kompensasiya müddətini 2021-ci ilin sentyabr ayının sonuna qədər uzadıblar.

Bu barədə TASS komitənin hesabatına istinadən xəbər verir.

Məlumata görə, kompensasiya müddətinin uzadılması qərarı razılaşma çərçivəsində öhdəliklərini aşağı uyğunluq dərəcələri olan bəzi ölkələrin istəyi ilə verilib.

Sənədə əsasən, "OPEC+" ölkələri mart ayında 113% təmin ediblər.

Qeyd edək ki, Azərbaycanda "OPEC+" razılaşmasının iştirakçısıdır. Ölkə mart ayında razılaşma çərçivəsində öhdəliklərini tam yerinə yetirib.

.