
Moskvanın Basmannı məhkəməsi bu gün Roskomnadzorun iddiası əsasında “Novaya qazeta”nı medianın qeydiyyat şəhadətnaməsindən məhrum edib.
Hakim Olqa Lipkina “Novaya qazeta”nın qeydiyyatının etibarsız sayılması barədə qərarı elan edib.
Qeyd edək ki, “Novaya qazeta” 2022-ci ilin mart ayının sonunda fəaliyyətini dayandırıb, o vaxtdan saytda yalnız redaksiya və baş redaktor Dmitri Muratovla bağlı məlumatlar dərc olunub.
Baş redaktor Dmitri Muratov məhkəmənin qərarını sifarişli və siyasi adlandırıraraq, onun heç bir qanuni əsasının olmadığını söyləyib.
.