"Moody’s" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunun qiymətləndirilməsini keçirib.

Agentliyin verdiyi məlumata görə, "Moody’s" Azərbaycanın bank sisteminin makroiqtisadi profilinin (“macro profile”) qiymətləndirmə səviyyəsini “Zəif”dən “Çox Zəif+”ə endirib. Qiymətləndirmədə azalma ölkənin ümumi makroiqtisadi profilinin “Çox Zəif+” səviyyəsində olması və sektorda maliyyələşdirmə şərtlərinin pisləşməsini əks etdirir.

Xatırladaq ki, "Moody’s" apreldə Azərbaycanın bank sistemi üzrə proqnozunu "müsbət"dən "mənfi"yə dəyişmişdi.

Qeyd edək ki, "Moody’s"in banklar üçün reytinq metodologiyasına əsasən, kredit analizi prosesi bankın fəaliyyət göstərdiyi makroiqtisadi mühitin qiymətləndirilməsindən başlayır. Bu, reytinq agentliyinin bank sistemində yaranan problemlərin daha çox makroiqtisadiyyatın idarə etdiyi sistem böhranları ilə əlaqəli olduğu fikrini əks etdirir. Qiymətləndirməyə iqtisadi və institusional güc, gözlənilməyən risklərə qarşı həssaslıq, kredit reytinqi, maliyyələşmə şərtləri və sektorun strukturu kimi aspektlər daxildir.

.