Bu gün kişi sərnişin Bakı metropoliteninin "Memar Əcəmi" stansiyasının yoluna düşüb.

Stansiyaya daxil olan qatarın maşinisti dərhal reaksiya verərək, qatarı saxlayıb. Lakin stansiya yolunda olan sərnişinin ayağı zədələnib.

Məlumata görə, dərhal aidiyyəti üzrə tədbirlər görülüb, sərnişin qaydalara müvafiq olaraq stansiya yolundan çıxarılıb. İlkin yardım göstərilib, təcili tibbi yardım çağırılıb. Aidiyyəti üzrə araşdırma aparılır və digər tədbirlər görülür.

Nəticədə, Yaşıl xətt üzrə intervaldan əlavə 10 dəqiqə yubanma yaranıb.

.