Portuqaliyalı millisinin futbolçusu Kriştianu Ronaldu cari mövsümün sonunda İngiltərənin "Mançester Yunayted" klubundan ayrıla bilər.

 "The Daily Star" xəbər verir ki, növbəti mövsümdən "qırmızı şeytanlar"ın baş məşqçisi olacaq Erik ten Haq 37 yaşlı hücumçunu komandasında görmək istəmir.

52 yaşlı niderlandlı mütəxəssis klub rəhbərliyi ilə danışıqlarda Ronaldunun planlarına daxil olmadığını və oyun tərzinə uyğun gəlmədiyini bildirib.

Qeyd edək ki, Kriştianu Ronaldu bu mövsüm İngiltərə Premyer Liqasında 25 oyunda 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

.