"Formula 1" üzrə Fransa Qran-prisi təxirə salınıb.

Bu barədə "Formula 1"in rəsmi "Twitter" hesabı məlumat yayıb.

Səbəb kimi yerli hökumətin ölkədə kütləvi idman yarışlarına qoyulan qadağa müddətini iyulun ortalarınadək uzatması göstərilib.

Fransa Qran-prisi iyunun 28-nə nəzərdə tutulurdu.

Qeyd edək ki, "Formula 1"də 2020 mövsümünün başlaması koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya və Monako mərhələləri isə ləğv olunub. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi.

.