"Formula 1" üzrə Azərbaycan Qran-prisində ilk dəfə sprint yarışı keçiriləcək.

"Auto Motor und Sport" xəbər verir ki, yenilik 2023 mövsümündən tətbiq olunacaq.

Azərbaycanla yanaşı, Avstriya, Belçika, Braziliya, ABŞ (Ostin) və Qətər də sprint yarışına ev sahibliyi edəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 28 - 30 apreldə olacaq.

.