Ötən ilin neft hasilatının səviyyəsini nəzərə alaraq, OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin mövcud neft ehtiyatları onlara hələ 106,8 il bəs edəcək.

Bu proqnoz "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin və Böyük Britaniyanın BP şirkətinin məlumatları əsasında verilib.

Beynəlxalq agentlik bildirir ki, 2020-ci ildə OPEC ölkələri üzrə orta gündəlik neft hasilatı 31,1 mln. barel təşkil edib.

Xatırladaq ki, hazırda OPEC-in 13 üzvü var: Əlcəzair, Anqola, Venesuela, İndoneziya, İraq, İran, Liviya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya, Səudiyyə Ərəbistanı və Ekvador.

Məlumata görə, 2020-ci ilin neft hasilatının səviyyəsini nəzərə alaraq, OPEC-ə daxil olmayan ölkələrin neft ehtiyatları onlara 24,6 il bəs edəcək.

.