"Fitch Ratings" beynəlxalq agentliyi bu il qlobal iqtisadi artım tempi üzrə proqnozunu yaxşılaşdıraraq, gözləntilərini 5,3%-dən (dekabr proqnozu) 6,1%-dək artırıb.

Agentliyin verdiyi məlumata görə, proqnozun yaxşılaşdırılması ölkələr tərəfindən fiskal dəstəyin artırılması, iqtisadiyyatların yeni sosial məsafə mühitinə adaptasiyası və COVID-19-a qarşı vaksinasiyanın başlaması ilə əsaslandırılır.

Ölkələrə gəldikdə, "Fitch" bu il ABŞ-da ÜDM-in artım tempinin 6,2% (ötən proqnoz 4,5%), Çində 8,4% (ötən proqnoz 8%), Avrozonada 4,7% (dəyişməz qalıb), inkişafda ola ölkələrdə isə 6% (ötən proqnoz 5%) olacağını güman edir.

.