SOCAR-ın şərti öhdəliklər riskləri neft hasilatının itkisiz qiymətinin aşağı olması (bir barelə görə ortalama 15 ABŞ dolları) ilə yumşaldılır.

Bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin analitikləri bildirir.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunda görə, Azərbaycan üçün 2021-ci ildə bir barel neftin fiskal itkisiz qiyməti ("fiscal breakeven oil price" – red.) 82,5 ABŞ dolları, 2022-ci ildə isə 66,4 dollar təşkil edəcək.

Xatırladaq ki, SOCAR-ın hesabatına görə, 2019-cu ildə 1 ton neft istehsalının maya dəyəri 123,82 manat (bir barel üçün təqribən 10 dollar – red.) təşkil edib, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 5,84 manat və ya 4,9% çoxdur.

Azərbaycanın 2021-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollar nəzərdə tutulub.

.