"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu yeniləyib.

 "Fitch Ratings" agentli verdiyi məlumata görə, proqnoz 0,4 faiz bəndi azaldılıb və hazırda agentlik ölkədəreal ÜDM-in artım tempinin 2,1% səviyyəsində olacağını gözləyir. 2022-ci ildə isə iqtisadi böyümənin 2,9% olacağı proqnozlaşdırılır."Fitch"ə görə, neft hasilatının tədricən artması və qeyri-neft ÜDM-nin bərpası 2021-ci ilin ikinci yarısından iqtisadi aktivliyə daha güclü dəstək olacaq.

Qurumun analitiklərinin fikrincə, 2022-ci ildə neft-qaz hasilatı eyni səviyyədə qalacaq(inkişaf yolunun pik həddini keçən neft hasilatı qaz sektorundakı böyümə ilə əvəzlənir) və bundan sonra tədricən azalacaq. "Fitch" islahatlarda yalnız məhdud irəliləyişinin olacağını və struktur sərtliklərinin və rəqabətdəki əngəllərin qeyri-neft birbaşa xarici investisiyalarına və iqtisadi şaxələndirmənin daha sürətli böyüməsinə məhdudlaşdırıcı təsir göstərəcəyini gözləyir.

Qeyd edək ki, ötən il Azərbaycanda COVID-19 pandemiyası fonunda ÜDM istehsalı 4,3% azalaraq 72 432,2 mln. manat təşkil edib.

"Fitch" Azərbaycanın reytinq üzrə proqnozunu yüksəldib

"Fitch Ratings" beynəlxalq agentliyi Azərbaycanın xarici və yerli valyutada emitentin uzunmüddətli defolt reytinqinin (IDR) "BB+" səviyyəsində təsdiq edib, reytinq üzrə proqnozu isə "mənfi"dən "stabil"ə yüksəldib.

 "Fitch" agentli verdiyi məlumata görə, ölkənin xarici və yerli valyutada emitentin qısamüddətli defolt reytinqi "B" səviyyəsində təsdiq olunub. Reytinqin gücü COVID-19 pandemiyası fonunda özünü qoruyub və hazırda neftinqiyməti üzrə "Fitch"in yeni yüksək proqnozu tərəfindən dəstəklənir. Yeni COVID-19 dalğası və ya Dağlıq Qarabağdakı hərbi münaqişənin yenilənməsininsuveren maliyyə buferlərinə mənfi təsir etməsi riski noyabrdan bəri azalıb.

"Reytinq Azərbaycanın çox güclü xarici sektorunun statistikası, aşağı dövlət borcu və Neft Fondunun böyük aktivləri hesabına yaranan maliyyələşdirmə çevikliyi və biznesinəlverişli mühiti ilə dəstəklənir. Bank sektorunun yüksək dollarlaşması və karbohidrogen sektorundan asılılıq (ÜDM-in təxminən 40%-i, ixracın 86%-i və maliyyə gəlirlərinin üçdə ikisini təşkil edir) reytinqə mənfi təsir göstərir", -deyə agentliyin analitikləri bildirir.

Qeyd edək ki, "Fitch" Azərbaycanın ölkə tavanını və uzunmüddətli üstün hüquqa malik təminatsız öhdəlikləri reytinqini "BB+" səviyyəsində qiymətləndirir.

.