Türkiyə Super Liqasının 14-cü həftəsində keçiriləcək "Fənərbaxça" - "Qalatasaray" derbisinin hakimi bəlli olub.
Bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.
İstanbul derbisini Yasin Kol idarə edəcək.
Ona Abdullah Bora Özkara və Bahtiyar Birinci kömək edəcək. Dördüncü hakim funksiyasını isə Ali Yılmaz yerinə yetirəcək.
Qeyd edək ki, "Fənərbaxça"-"Qalatasaray" derbisi dekabrın 1-də baş tutacaq.
.
