ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin noyabr müqaviləsinin dəyəri 1,09% artaraq 78,05 dollar təşkil edib. "Brent" neftinin qiyməti 2018-ci ilin oktyabr ayından bəri ilk dəfə 1 barel üçün 78 dollar həddini keçib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,93% artaraq 73,98 dollar olub.

.